Sumqayıtda oğurluq edən 4 nəfər saxlanılıb

Median.Az xəbər verir ki, Sumqayıt ŞPİ 3-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakinləri olan 3 qadının çantasından ümumilikdə 120 manat pul, mobil telefon, yaddaş kartı, sənədlər, habelə 1 avtomobildən pul və sənəd oğurlayan şəhər sakini, əvvəllər məhkum olunmuş A.Məmmədov saxlanılıb.

Bundan başqa, Sumqayıt ŞPİ 4-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 23-də və 26-da şəhər ərazisində, şirniyyat mağazasından 1200 manat pul, televizor, suvenir tüfəng və məişət əşyaları, ofisdən 60 manat pul, noutbuk, fotoaparat, ətriyyat və 4 ədəd mobil telefon şəhər sakinləri, əvvəllər məhkum olunmuş E.Mustafayev və A.Həsənov saxlanılıblar.

Sumqayıt ŞPİ 1-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisindəki evdən qızıl üzük və bir köşkdən tütün məmulatları oğurlayan şəhər sakini, əvvəllər məhkum olunmuş V.Hüseynov saxlanılıb.

Faktlarla bağlı CM-nin 177-ci (oğurluq) maddəsi ilə cinayət işləri başlanılıb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *