
Azərbaycanda yaşı 9,5 – 10 milyon il olan fil sümükləri tapılıb. Bu nəhəng heyvanların böyük əksəriyyəti Eldar düzənliyində və Bozdağ ərazisində aşkar olunub.
Bunu AZƏRTAC-a açıqlamasında AMEA-nın Təbiət Tarixi Muzeyinin direktoru Tariyel Heybətov deyib.
O qeyd edib ki, 2001-ci ildə Mingəçevirdə Bozdağın ətəyində aparılan qazıntılar zamanı filin alt çənə sümüyü tapılıb.
Keçən il isə yenə həmin ərazidən troqonteri filinin kəllə sümüyü aşkarlanıb.
Leave a Reply