Avropa Oyunlarına bu karateçilərimiz gedəcək – ADLAR

Bu ilin yayında Belarusun paytaxtı Minskdə keçiriləcək II Avropa Oyunlarına vəsiqə qazanan Azərbaycan karateçilərinin adları açıqlanıb.

21-30 iyun tarixlərində 50 ölkədən 4000-dən artıq idmançının 15 növ üzrə mübarizə aparacağı yarışda altı karateçimiz iştirak edəcək.

Kumite turnirində Azərbaycanı Firdovsi Fərzəliyev (-60 kq), Rafael Ağayev (-75 kq), Asiman Qurbanlı (+84 kq), eləcə də, Nuranə Əliyeva (-50 kq) və İrina Zaretska (-68 kq), kata yarışlarında isə Roman Heydərov təmsil edəcək.

Qeyd edək ki, II Avropa Oyunlarının karate yarışları 29-30 iyun tarixlərində Minskin Çijovka-Arena kompleksində keçiriləcək.

Onu da bildirək ki, daha əvvəl saytımız Avropa Oyunlarında iştirakı gözlənilən idmançıların adlarını reytinqə əsasən açıqlamışdı.
//oxu.az

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *