Bakıda 9 yaşlı qıza anasının qaraciyəri köçürüldü – VİDEO

Azərbaycanda azyaşlı qız üzərində qaraciyər transplantasiyası əməliyyatı icra olunub.

Median.Az medicina.az-a istinadən bildirir ki, əməliyyat Mərkəzi Gömrük Hospitalında, cərrah-transplantoloq, tibb üzrə fəlsəfə doktoru Mircəlal Kazıminin rəhbərlik etdiyi komanda tərəfindən həyata keçirilib.

Anadangəlmə sirroz xəstəliyindəın əziyyət çəkən 9 yaşlı qızcığaza anası donorluq edib.

Uşağın vəziyyəti qənaətbəxşdir, donor isə artıq evə buraxılıb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *