İmişlidə motosikletlə minik avtomobili toqquşub, xəsarət alan var

İmişli rayonunda yol qəzası baş verib.

Median.Az report-a istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki, rayonun Qaralar kənd sakini, 1975-ci il təvəllüdlü Sərraf Knyaz oğlu Hacıyev idarə etdiyi motosikletlə hərəkətdə olarkən “Mercedes” markalı avtomobillə toqquşub. Nəticədə motosikletin sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri ilə İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *