Hacıqabulda “Range Rover”in vurduğu piyada dünyasını dəyişib

Bakı-Qazax magistral yolunda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Median.Az-ın Oxu.Az-a istinadən məlumatına görə, hadisə yolun Hacıqabul rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, 90-SV-091 dövlət nömrə nişanlı, Bəxtiyar Əlizadənin idarə etdiyi “Range Rover” markalı minik maşını yolu keçmək istəyən piyadanı vurub.

İlkin məlumata görə, təxminən 30-35 yaşlı, adı Xəyal olan həmin piyada xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *