Bakı metrosunda ilk – Qadın maşinist işə götürüldü (FOTO)

Bakı metropoliteni tarixində ilk qadın maşinist işə götürülüb.

Metropoliten tarixində ilk dəfə gender bərabərliyi təmin edilərək, qatar maşinisti peşəsinə qadınların seçilməsinə şərait yaradılıb.

10-dan artıq qadın müraciət etsə də, onların arasından yalnız biri – Günay Həbibli seçilib və Bakı metropoliteni tarixində ilk qadın maşinist kimi işə götürülüb.

Təlim-tədris prosesinin gedişində ən yüksək nəticə göstərən Günay Həbibli buna qədər “Bakı Metropoliteni” QSC-nin hərəkət xidmətində qatarları qəbul edib yola salan növbətçisi vəzifəsində çalışıb.



//oxu.az

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *