Xətai rayonunda narkotik satan şəxs saxlanılıb

Median.Az xəbər verir ki, DİN Baş Narkotiklərlə Mübarizə İdarəsi (BNMİ) və Xətai RPİ 36-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini G.Bodrov saxlanılıb. Şəxsi axtarış zamanı ondan narkotik vasitə – marixuana aşkar edilib.

Onun yaşadığı evdə aparılmış axtarış zamanı əlavə olaraq heroin və 0, 5 kq. yaxın marixuana aşkar edilib.

Faktla bağlı cinayət işi başlanılıb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *