Moskvada Leyla Əliyevanın təşəbbüsü ilə “Dostluq marafonu” keçirilib

Rusiya paytaxtında Heydər Əliyev fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Dostluq marafonu” adlı aksiya keçirilib.

Median.Az ONA-ya istinadən xəbər verir ki, Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Bakıda keçiriləcək “Küləyə qalib gəl” marafonuna dəstək məqsədilə təşkil olunan aksiyada Rusiya Azərbaycanlı Gənclər Birliyinin (AMOR) nümayəndələri, Rusiyanın ali təhsil ocaqlarının tələbələri iştirak ediblər.

AMOR-un təşkilatçılığı, Ümumrusiya Millətlərarası Gənclər İttifaqının dəstəyi ilə təşkil olunan, sağlam həyat tərzini aşılayan “Dostluq marafonu”nun 100-ə yaxın iştirakçısı 8 km-lik məsafəni qət ediblər. İştirakçılar “Universitet” metrosunun yaxınlığında start götürərək Qorki parkında finişə çatıblar.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *