Sumqayıt sakini tanımadığı şəxs tərəfindən bıçaqlanıb

Sumqayıtda bıçaqlanma hadisəsi baş verib.

Median.Az-ın ONA-nya istinadən məlumatına görə, hadisə şəhərin 18-ci mikrorayonu ərazisində, “Aylı gecə” şadlıq sarayının yaxınlığında qeydə alınıb.

Belə ki, 1979-cu il təvəllüdlü Elnur Nəbizadə mübahisə zəminində tanımadığı şəxs tərəfindən bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib və ona tibbi yardım göstərilib.

Faktla bağlı araşdırmalara başlanılıb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *