Bakıda itkin düşən şəxs 4 gün sonra tapıldı

Bakıda itkin düşən şəxs tapılıb.

Median.Az Trend-ə istinadən bildirir ki, Bakı şəhər sakini Orucov Rəfail Müzəffər oğlu aprelin 29-da yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.

Hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində itkin düşən şəxs mayın 3-də tapılaraq ailəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *