Gəncə və Göyçayda avtomobillərdən oğurluq edənlər tutulub

Median.Az xəbər verir ki, Nizami (Gəncə) RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 6-da şəhər ərazisində “VAZ-21011” markalı avtomobildən pul və sənəd oğurlayan Goranboy rayon sakini B.Məmmədov saxlanılıb.

Bundan başqa, Göyçay RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 8-də rayon ərazisində “VAZ-2107” markalı avtomobildən 218 manat oğurlayan Potu kənd sakini, əvvəllər məhkum olunmuş S.Yusifov saxlanılıb.

Faktlarla bağlı araşdırmalar aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *