Bakıda Şəki sakininə qarşı soyğunçuluq edən şəxslər saxlanılıb

Median.Az xəbər verir ki, mayın 10-da gecə saat 3 radələrində paytaxtın 8-ci km. qəsəbəsində 2 naməlum şəxs Şəki rayon sakini R.İsmayılova zor tətbiq edərək mobil telefonunu əlindən alıblar.

Nizami RPİ 24-cü polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakinləri B.İsmayılov və V.Vəliyev saxlanılıblar.

Nizami RPİ İstintaq şöbəsində CM-nin 180-ci (soyğunçuluq) maddəsi ilə cinayət işi başlanılıb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *