Sabirabad sakinlərinin həyətlərində çətənə aşkar edilib

Median.Az xəbər verir ki, Sabirabad RPŞ-nin əməkdaşları daxil olmuş məlumat əsasında Qaratəpə kənd sakini M.Qasımovun həyətyanı sahəsində kultivasiya yolu ilə yetişdirilmiş 13 ədəd çətənə kolu aşkar ediblər.

Bundan başqa, Sabirabad RPŞ-nin əməkdaşları Ətçələr kənd sakini A.Talıbovun həyətyanı sahəsində, kultivasiya yolu ilə yetişdirilmiş 9 ədəd çətənə kolu, evindən isə müvafiq sənədləri olmayan “İJ” markalı ov tüfəngi aşkar ediblər.

Faktlarla bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *