Bakının mərkəzini su basdı – YENİLƏNİB + VİDEO

Bakının mərkəzini su basmasının səbəbi bilinib.

“Azərsu” Açıq Səhmdar Cəmiyyətindən oxu.az-a verilən məlumata görə, ərazidə 500 mm-lik diametrli xətdə qəza baş verib:

“Bununla əlaqədar ərazidə suyun verilməsi dayandırılıb. Hazırda qəza briqadası əraziyə cəlb olunub.

Qəzanın aradan qaldırılması üçün işlər görülür. Baş vermiş qəza aradan qaldırıldıqdan sonra suyun verilməsi təmin olunacaq”.

* * * * *

Bu gün günorta saatlarında Bakının mərkəzini su basıb.

Hadisə Rəşid Behbudov küçəsində qeydə alınıb.

Bu səbəbdən yolda həm piyadaların, həm də avtomobillərin hərəkətində çətinlik yaranıb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *