Anar Ağakişiyev İsraildə qəzaya düşdü – VİDEO

“Eurovision 2019” mahnı müsabiqəsində Azərbaycanı təmsil edən Çingiz Mustafayevin stilisti, qrimçi Anar Ağakişiyev İsraildə qəzaya düşüb.

Median.Az News24.az-a istinadən bildirir ki, stilist motosikletdən yıxılıb. Nəticədə o, sol gözündən və başından xəsarət alıb. Stilistə təcili tibbi yardım göstərilib. Onun sol gözü əməliyyat olunub və tikişlər qoyulub.

Stilist anasına başına gələnləri eşidib narahat olmaması üçün mesaj göndərib.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *