Tovuzda evdən 5000 manatlıq qızıl-zinət əşyaları oğurlanıb

Tovuz rayonunda evdən qızıl-zinət əşyaları oğurlanıb.

Median.Az-ın report-a istinadən məlumatına görə, hadisə şəhərin İsa Musayev küçəsi, ev 8 ünvanında qeydə alınıb.

Ev sahibi Sahib Çoban oğlu İmanovun bildirdiyinə görə, mənzildə kimsə olmayan zaman şəxs və ya şəxslər evə daxil olaraq, ümumilikdə, 5000 manata yaxın dəyəri olan qızıl-zinət əşyalarını oğurlayıblar.

Məsələ ilə bağlı polisə məlumat verilib.

Faktla bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *