Bakıda naməlum şəxslər yeniyetmə oğlanı küçədə qarət edib

Bakıda gənc oğlan küçədə qarət olunub.

Median.Az Trend-ə istinadən bildirir ki, hadisə paytaxtın Xətai rayonu Sarayevo küçəsində baş verib. 2002-ci il təvəllüdlü Hüseynov Cavad Mamed oğlu Sarayevo küçəsi, 13 saylı binanın qarşısında 3-4 nəfər tanımadığı şəxs tərəfindən basqına məruz qalıb.

Həmin şəxslər yeniyetmənin mobil telefonunu götürərək hadisə yerindən qaçıblar.

Faktla bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *