Göygöldə 30 yaşlı qadın üçüncü mərtəbədən yıxılıb

Göygöl rayonunda 30 yaşlı qadın üçüncü mərtəbədən yıxılıb.

Median.Az-ın report-a istinadən məlumatına görə, hadisə rayonun Qızılca kəndi ərazisində yerləşən dəlixanada baş verib.

Belə ki, həmin müəssisədə müalicə alan 1989-cu il təvəllüdlü A.P. binanın üçüncü mərtəbəsindən yıxılıb. Ağır xəsarət alan qadın xəstəxanaya yerləşdirilib.

Qadının intihara cəhd göstərdiyi də ehtimal olunur.

Faktla bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *