Azərbaycan-İran sərhədində problem yaranıb – VİDEO

Azərbaycan-İran sərhədində yenidən problem yaranıb.

Baku.ws-in sərhəddə olan əməkdaşının verdiyi məlumata görə, bu gün səhər saatlarında Astara istiqamətindəki keçid məntəqəsində, İran tərəfində yenidən problemlər yaranıb.

Belə ki, səhər saat 9-dan sonra İran tərəfi Azərbaycandan qarşı tərəfə keçmək istəyənləri buraxmır. Bildirilir ki, texniki problem yaranıb.

Məsələ ilə əlaqədar Dövlət Gömrük Komitəsilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətinin rəhbəri Natiq Axundov Baku.ws-ə bildirdi ki, məsələ araşdırılacaq və tezliklə açıqlama veriləcək.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *