Tovuzda bir ailə balıqdan zəhərləndi – YENİLƏNİB

Tovuzun Bozalqanlı kəndində balıqdan zəhərlənən şəxslərin adları məlum olub.

Onlar 1985-ci il təvəllüdlü Rəşad Əliyev, 1986-cı il təvəllüdlü Məlahət Vaqif qızı Məmmədova, 2010-cu il təvəllüdlü Rəvan Rəşad oğlu Əliyev, 2011-ci il təvəllüdlü Həsən Rəşad oğlu Əliyev, 2017-ci il təvəllüdlü Mehriban Rəşad qızı Əliyevadır.

* * * *

Tovuz rayonunda beş nəfər qidadan zəhərlənib.

Səhiyyə Nazirliyindən oxu.az-a bildirilib ki, onların balıqdan zəhərləndiyi ehtimal olunur:

“Bir ailənin beş üzvü zəhərlənib. Onlara tibbi yardım göstərilib və evə buraxılıblar. İlkin ehtimala görə, ailə üzvləri balıq məhsulundan zəhərləniblər”.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *