Bakıda avtomobil qadını vuraraq ağır xəsarət yetirib

Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Median.Az report-a istinadən xəbər verir ki, hadisə Nərimanov rayonunda qeydə alınıb.

Atatürk prospektində 90-HU-682 qeydiyyat nişanlı, “Toyota” markalı avtomobil 69 yaşlı Ulduzə Xanməmmədovanı vurub.

Yaralı 1 saylı Klinik Tibbi Mərkəzə çatdırılıb. Qadının vəziyyəti ağır olduğundan o, xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilib.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *