Sabunçu polisi dələduzluq edən şəxsi saxlayıb

Median.Az xəbər verir ki, mayın 20-də Sabunçu RPİ 12-ci polis şöbəsinə müraciət edən Bakı şəhər sakini Ə.Hacıyev, 2018-ci ilin aprel ayında şəxsiyyəti məlum olmayan 2 nəfərin onu aldadaraq 10.000 dollar pulunu aldığlarını bildirib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən paytaxt sakini İ.Mikayılov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır, digər şəxsin saxlanılması üçün əməliyyat tədbirləri davam etdirilir.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *