“Himnimizi birgə oxuyaq!” – Bulvarda fləşmob olacaq

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının növbəti ildönümü 28 May – Respublika günü münasibətilə “Himnimizi birgə oxuyaq!” adlı fləşmob keçiriləcək.

Dənizkənarı Bulvar İdarəsi tərəfindən təşkil ediləcək layihə çərçivəsində vətəndaşların, gənclərin iştirakı ilə Azərbaycan Respublikasının Dövlət Himni Bulvar ərazisində canlı ifa olunacaq.

Fləşmob mayın 28-i, saat 16:00-da Dənizkənarı Milli Parkda, Azneft Meydanı ərazisində təşkil olunacaq.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *