Səbail rayonunda evdən qızıl əşyalar oğurlayan şəxs tutulub

Median.Az xəbər verir ki, Səbail RPİ 8-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 22-də rayon ərazisindəki evdən 1500 manat dəyərində qızıl-zinət əşyaları oğurlayan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş N.Abbasova saxlanılıb.

Səbail RPİ İstintaq şöbəsi CM-nin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanılıb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *