“Mercedes” su maşını ilə toqquşdu: Yaralılar var – FOTO

Gəncədə minik avtomobili su daşıyan maşınla toqquşub, xəsarət alanlar var.

Median.Az-ın oxu.az-a istinadən məlumatına görə, hadisə şəhərin Əziz Əliyev küçəsində qeydə alınıb. Samir Rzayevin idarə etdiyi “Mercedes” markalı avtomobil su daşıyan maşınla toqquşub.

Qəza nəticəsində “Mercedes”in sürücüsü və sərnişin – Məmmədov Aqil Salman oğlu yaralanıblar. Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *