Göygöldə yol qəzası baş verib, ölən və yaralananlar var – FOTO

Göygöl rayonunda yol qəzası baş verib.

Median.Az-ın report-a istinadən məlumatına görə, hadisə rayonun Yeni Qızılca kəndində qeydə alınıb.

Belə ki, “VAZ-2106” və “VAZ-21011” markalı iki avtomobil toqquşub. Nəticədə hər iki sürücü – Gəncə şəhər sakini, 1985-ci il təvəllüdlü Elməddin Zahir oğlu Abbasov və Yeni Qızılca kənd sakini, 1987-ci il təvəllüdlü Şamo İntizam oğlu İsaqov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Onların vəziyyətinin orta-ağır olduğu bildirilir.

Avtomobillərdən birinin sərnişini Qənifə Aslan qızı Quliyeva isə hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *