Naxçıvanda güclü partlayış – xəsarət alan var

Şərur rayonunda qazanxanada partlayış baş verib.

Median.Az ONA-ya istinadla xəbər verir ki, rayonun Alışar kəndində qazanxanada partlayış olub. Hadisə zamanı qazanxanada işləyən 1991-ci il təvəllüdlü Abbaszadə Meysəm Məmmədbağır oğlu ağır yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Vəziyyətinin ağır olduğu bildirilən yaralı Bakıdakı Respublika Yanıq Mərkəzinə gətirilib.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *