Kürdəmirdə yanğın olub, 41 yaşlı kişi ölüb – FOTO – VİDEO – YENİLƏNİB

Video əlavə olunub

*** 16:58

Kürdəmir rayonunda fərdi yaşayış evi yanıb.

Median.Az-ın report-a istinadən məlumatına görə, hadisə bu gün günorta saatlarında şəhərin Nizami küçəsi, ev 9 ünvanında qeydə alınıb.

Belə ki, birmərtəbəli 4 otaqlı evdə yanğın baş verib. Nəticədə ev sakini, 1978-ci il təvəllüdlü Namiq Rafiq oğlu Əliyev yanaraq ölüb.

Yanğın söndürülüb, evin qalan hissəsi yanğından mühafizə olunub.

Faktla bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *