Avroliqanın finalı günü təcili yardıma 17 əcnəbi müraciət edib

UEFA Avropa Liqasının finalı ilə bağlı gücləndirilmiş rejimdə çalışan Bakı şəhəri üzrə Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 43 çağırış daxil olub.

Səhiyyə Nazirliyindən oxu.az-a verilən məlumata görə, müraciət edənlərdən 17-si xarici ölkə vətəndaşıdır.

Müraciətlər nəticəsində üç nəfər xəstəxanaya yerləşdirilib. Onlardan ikisi əcnəbi, biri azərbaycanlıdır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *