Yevlaxda yaşayış binasından tank mərmisi tapıldı – FOTO

Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng mərkəzi sistemindən və saat 16:53-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Agentliyə Yevlax şəhəri, Qamboy Quliyev küçəsi 3, mənzil 116 ünvanında 1 ədəd mərminin tapılması barədə məlumatlar daxil olub.

ANAMA-dan verilən məlumata görə, agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Daxili İşlər Nazirliyinin Yevlax rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili tədbirlər nəticəsində 1 ədəd tank əleyhinə idarə olunmayan PQ-7S raketi aşkar olunaraq, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *