Kürdəmirdə kombayn od püskürərək taxıl zəmisini yandırdı – FOTO

Kürdəmir rayonunda biçilməmiş taxıl zəmisində yanğın baş verib.

Median.Az-ın məlumatına görə, hadisə rayonun Yenikənd kəndi ərazisində Fikrət Məcid oğlu Abdullayevə məxsus taxıl sahəsində baş verib. Yanğın 44 hektar taxıl sahəsinin 2 hektarını əhatə edib.

Hadisə şahidlərinin bildirdiyinə görə, taxıl biçini aparılarkən kombaynın səsboğucu borusundan od püskürüb və 2 hektar sahə tamamilə yanıb. Yanğının artıq söndürüldüyü bildirilir.

Hazırda fermerə dəyən ziyan araşdırılır.//oxu.az

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *