Siyəzəndə “Mercedes” aşıb, 2 nəfər ölüb


Median.Az
xəbər verir ki, mayın 31-i saat 8 radələrində Siyəzən rayonunun Yenikənd kəndi ərazisində Xaçmaz rayon sakini Yaşar Əliyev idarə etdiyi “Mercedes” markalı avtomobili aşırıb.

Nəticədə sərnişinlər – Bakı şəhər sakini Lapina İvanovna və Şabran rayon sakini Mövlüd Əmiraslanov hadisə yerində ölüblər, daha bir sərnişin xəstəxanaya yerləşdirilib.

DİN Baş İstintaq və Təhqiqat İdarəsində faktla bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *