Yasamalda yol qəzası nəticəsində 82 yaşlı qadın yaralanıb

Bakı Dairəvi-1 yolunun Yasamal rayonu ərazisinə düşən hissəsində iki avtomobilin toqquşması ilə nəticələnən yol qəzası olub.

Median.Az report-a istinadən xəbər verir ki, qəza zamanı maşınlardan birində olan 1937-ci il təvəllüdlü Gülçöhrə Abdullayeva xəsarət alıb.

Yaralı 1 saylı Klinik Tibbi Mərkəzə aparılıb. Ona kəllə-beyin travması diaqnozu qoyulub. Qadın palataya yerləşdirilib.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *