Sumqayıtda avtomobillərdən oğurluq edən 2 nəfər saxlanılıb

Median.Az xəbər verir ki, Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən yanvarın 16-da şəhər ərazisində “Toyota” markalı avtomobildən 1200 manat və 2650 dollar oğurlayan Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş C.Abbasov saxlanılıb.

Araşdırma zamanı onun, daha 2 avtomobildən ümumilikdə 4300 manat oğurlaması məlum olub.

Bundan başqa, ŞPİ-nin əməkdaşları tərəfindən ötən il dekabrın 4-də şəhər ərazisində “Hyundai” markalı avtomobildən mobil telefon oğurlayan şəhər sakini N.İsmayılov saxlanılıb.

Faktlarla bağlı CM-nin 177-ci (oğurluq) maddəsi ilə cinayət işləri başlanılıb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *