Sabunçuda 2 nəfəri bıçaqlayan şəxs tutulub

Median.Az xəbər verir ki, iyunun 3-ü gecə saat 1 radələrində Sabunçu qəsəbəsindəki kafenin qarşısından, qəsəbə sakinləri A.Göyüşovun və M.Allahverdiyevin kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya gətirilmələri barədə Sabunçu RPİ 13-cü polis bölməsinə məlumat daxil olub.

A.Göyüşovun vəziyyətini həkimlər orta-ağır qiymətləndiriblər, M.Allahverdiyevə ilkin tibbi yardım göstərildikdən sonra o evə buraxılıb.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti münaqişə zəminində qəsəbə sakini, əvvəllər məhkum olunmuş Ə.Əzizov saxlanılıb.

Sabunçu RPİ İstintaq şöbəsində CM-nin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *