Bakıda gənc qız 9-cu mərtəbədən yerə yıxılaraq ölüb

Axşam saatlarında Bakının Xətai rayonunda 23 yaşlı qız binadan yıxılaraq ölüb.

Median.Az APA-ya istinadən xəbər verir ki, hadisə Əhmədli qəsəbəsi, Rahib Məmmədov 15A ünvanında baş verib.

1996-cı il təvəllüdlü Ağayeva Banuçiçək Azər qızı yaşadığı binanın 9-cu mərtəbəsindən yıxılıb. Açıq kəllə-beyin travması alan yaralı dərhal 3 saylı Şəhər Klinik Mərkəzə çatdırılıb.

Həkimlərin səylərinə baxmayaraq B.Ağayevanın həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *