Masazırda 23 yaşlı fəhlə hündürmərtəbəli binadan yıxılıb

Abşeron rayonunun Masazır qəsəbəsində bədbəxt hadisə baş verib.

Median.Az report-a istinadən xəbər verir ki, 1996-cı il təvəllüdlü Məmmədov Pərviz Hüseyn oğlu Masazırda yerləşən hündürmərtəbəli binadan yıxılıb.

O, dərhal 1 saylı Klinik Tibbi Mərkəzə yerləşdirilib. Yaralıya kəllə-beyin travması diaqnozu qoyulub. Bildirilir ki, P.Məmmədov həmin binada fəhlə işləyirmiş.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *