Fəhlə yüksək mərtəbəli binadan yıxıldı

Abşeron rayonunda fəhlə hündürlükdən yıxılaraq xəsarət alıb.

Hadisə Masazır qəsəbəsində baş verib. 1996-cı il təvəllüdlü Məmmədov Pərviz Hüseyn oğlu fəhlə işlədiyi binadan yıxılaraq xəsarət alıb.

Yaralı dərhal 1 saylı Klinik Tibbi Mərkəzə çatdırılıb. Kəllə-beyib travması alan P.Məmməmədova ilkin tibbi yardım göstərildikdən sonra reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.

//oxu.az

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *