Azərbaycanda daha bir zəlzələ

Bu gün saat 09:27-də Xəzər dənizində zəlzələ qeydə alınıb.

Bununla bağlı Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Maqnitudası 4,7 bal olan zəlzələ sahilə yaxın ərazilərdə 3 bala qədər hiss olunub.

Yeraltı təkanların episentri yerin 62 kilometr dərinliyində yerləşib.

Qeyd edək ki, iyunun 5-də Xəzər dənizində 4,8 bal gücündə zəlzələ olmuşdu.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *