Bakıda dəhşət: Ər xəstəxananın həyətində arvadının başını kəsdi

Bakıda ər arvadının boğazını kəsib.

Median.Az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında M.A.Topçubaşov adına Elmi-Cərrahiyə Mərkəzinin həyətində baş verib.

Xəstəxananın qeydiyyat şöbəsində işləyən, 1978-ci il təvəllüdlü Xavər İbrahimova həyat yoldaşı tərəfindən ailə münaqişəsi zəminində boğazı kəsilib.

Qadın xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Xəstəxanadan APA-ya yaralının vəziyyətinin ağır olduğu bildirilib.

Faktla bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *