Zaqatalada motosiklet ağaca çırpılıb, sürücü ölüb

Median.Az xəbər verir ki, iyunun 10-u gecə saat 1 radələrində Muğanlı kəndi ərazisində, rayon sakini Qurban Xəlilov idarə etdiyi “İJ” markalı motosikleti ağaca vurub.

Nəticədə sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Zaqatala RPŞ-də faktla bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *