Keçən ay evlənmək istəyən şəxslərdən 12-də sifilis, 4-də QİÇS aşkarlanıb

“Bu ilin may ayı ərzində nikaha daxil olmaq üçün 13062 nəfər müayinədən keçib”.

Median.Az report-a istinadən xəbər verir ki, Elmi Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva bildirib ki, onlardan 382 nəfərdə talassemiya daşıyıcılığı, 12 nəfərdə sifilis, 4 şəxsdə isə QİÇS aşkarlanıb:

“Hər ikisində talassemiya daşıyıcılığı olan cütlüklərin sayı isə 4 olub”.

İnstitut direktorunun sözlərinə görə, 2015-ci ildən indiyədək 555100 nəfərdə qan müayinəsi aparılıb: “19635 cütlükdən birində talassemiya daşıyıcılığı, 1789 cütlüyün hər ikisində daşıyıcılıq aşkarlanıb. Bu müddət ərzində 1789 nəfərdə sifilis, 500 nəfərdə HİV(QİÇS) qeydə alınıb”.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *