Bu ölkələrlə Azərbaycan arasında rouminq tarifləri azala bilər

Avropa İttifaqı (Aİ) Azərbaycanda 300 km-lik dəmiryolu xəttinin çəkilişini dəstəkləyir.

Bu sözləri Aİ-nin Avropa Qonşuluq Siyasəti və Genişlənmə Danışıqları üzrə komissarı Yohannes Han bu gün Bakıda keçirilən V Aİ-Azərbaycan biznes-forumunda çıxışında deyib.

Onun sözlərinə görə, Aİ ölkələri ilə Azərbaycan arasında rouminq tarifləri azaldıla bilər:

“Bu yaxınlarda rouminq tariflərinin azaldılması və kibertəhlükəsizliyə qarşı birgə mübarizə işlərinə başlanılacaq. Bu forum çərçivəsində bir sıra məqamlar müzakirə ediləcək. Forum bir daha əməkdaşlığımızın inkişaf etdiyini sübut edir”.

//oxu.az

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *