Bakıda qohumunu güllələyən Siyəzən sakini polisə təslim olub

Median.Az xəbər verir ki, iyunun 14-ü gecə saat 1 radələrində Bakıxanov qəsəbəsindən Şərur rayon sakini, 47 yaşlı Ramiz Məmmədovun qırma yarası ilə 3 saylı şəhər klinik xəstəxanasına gətirilməsi və orada ölməsi barədə Sabunçu RPİ 12-ci polis şöbəsinə məlumat daxil olub.

Təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri ilə ağır cinayətin R.Məmmədovun qaynı, Siyəzən rayon sakini R.Şirinov tərəfindən törədilməsi müəyyən edilib.

Əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində qətli törədən şəxs könüllü olaraq polis şöbəsinə gələrək, təslim olub və istifadə etdiyi “Vinçester” markalı tüfəngi təhvil verib.

Sabunçu rayon prokurorluğunda CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *