Xırdalanda küçədə ölənin yaxınları axtarılır – FOTO

İyunun 15-də Abşeron rayonu, Xırdalan şəhərində küçədə ürək tutmasından dünyasını dəyişən kişinin yaxınları axtarılır.

Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, küçədə ürək çatışmazlığından dünyasını dəyişən kişinin meyiti iyunun
15-də Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyinin Yasamal şöbəsinə daxil olub. Onun yaxınları hələ də tapılmayıb.

Fotodakı şəxsi tanıyanlardan Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyinin Yasamal şöbəsinə məlumat vermələri xahiş olunur.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *