Suraxanıda kişi keçmiş arvadını bıçaqladı

Suraxanı rayonunda kişi keçmiş həyat yoldaşına bıçaqla xəsarət yetirib.

Median.Az-ın oxu.az-a istinadən məlumatına görə, hadisə Hövsan qəsəbəsində baş verib. 29 yaşlı Nəcəfova Əsli Tehran qızı keçmiş həyat yoldaşı tərəfindən bıçaqlanıb. Hadisə qısqanclıq zəminində baş verib.

Yaralı dərhal 3 saylı Şəhər Klinik Xəstəxanasına aparılıb. Döş qəfəsindən yaralanan Ə.Nəcəfova təcili əməliyyat edilib.

Faktla bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *