Ərdoğandan iddia: Mursi ölməyib, öldürülüb

Misirin sabiq prezidenti Məhəmməd Mursi məhkəmə zalında 20 dəqiqə çırpınıb.

“Haber7.com” xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan səsləndirib.

O bildirib ki, M.Mursi öz əcəli ilə ölməyib, öldürülüb:

“Mursinin vəsiyyəti vardı ki, öz kəndində dəfn etsinlər. Ancaq dövlət onu öz seçdiyi yerdə dəfn etdi. Çünki ondan qorxurlar”.

Xatırladaq ki, Misirin sabiq prezidenti Məhəmməd Mursi iyunun 17-də Qahirədə, məhkəmə salonunda vəfat edib. Onun halı müttəhim kimi təqsirləndirildiyi casusluq işi üzrə məhkəmə iclasında pisləşib və elə oradaca keçinib. M.Mursinin ürək çatışmazlığından öldüyü ehtimal olunur.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *