Bakıda qadının çantasından oğurluq edən şəxs saxlanılıb

Median.Az xəbər verir ki, Binəqədi RPİ 6-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 29-da Bakı şəhər sakini İ.İsmayılovanın çantasından 750 manat dəyərində qızıl bilərzik və mobil telefon oğurlayan Bakı şəhər sakini E.Səfərov saxlanılıb.

Binəqədi RPİ İstintaq şöbəsində CM-nin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanılıb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *