Bakıda “VAZ 2106” avtomobilini qaçıran Şabran sakini tutulub

Median.Az xəbər verir ki, iyunun 18-nə keçən gecə Nərimanov rayonu A.Nemətulla küçəsindən Bakı şəhər sakini N.Şirəliyevə məxsus “VAZ-2106” markalı avtomobil qaçırılıb.

Nərimanov RPİ 17-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçıran Şabran rayon sakini, əvvəllər məhkum olunmuş N.Ağamuradov Abşeron rayonu ərazisində avtomobillə birgə saxlanılıb.

Araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *